“Qarabağ” Avropa klubuna satdığı hücumçunu geri qaytarır?

2 Sentyabr 2023 00:40 Qarabağ 2 232
“Qarabağ” Avropa klubuna satdığı hücumçunu geri qaytarır?

Qışda “Qarabağ”dan ayrılaraq “Ferentsvaroş”a transfer olan Kvabena Ovusu yenidən Ağdam klubunda çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı qanalı hücumçu ötən gün Bakıya gələrək “Qarabağ”ın bazasına yollanıb.

Kvabenanın “Qarabağ”da icarə əsasında çıxış edəcəyi gözlənilir.

Kvabena Ovusu “Ferentsvaroş”un sabiq baş məşqçisi Stanislav Çerçesovun istəyi ilə komandaya transfer olunmuşdu. Onun istefasından sonra afrikalı forvard start heyətdə şans qazanmırdı.

Digər Xəbərlər
Xəbər Lenti