200 manat ver, “Qarabağ” - HİK oyununda yeyib-iç!

5 Avqust 2023 08:20 Qarabağ 1 090
200 manat ver, “Qarabağ” - HİK oyununda yeyib-iç!

Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri satışa çıxarılır.

Sportinfo.az xəbər verir ki,bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Biletlər avqustun 5-i saat 14:00-dan satışda olacaq.

Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Digər Xəbərlər
Xəbər Lenti