Təriflənən “Sürix” budur? – “Qarabağ”ın rəqibi son 11 ildə 18 səfər oyununda...

19 İyul 2022 18:00 Qarabağ 1 041
Təriflənən “Sürix” budur? – “Qarabağ”ın rəqibi son 11 ildə 18 səfər oyununda...

Bu gün “Qarabağ”ın qonaq edəcəyi “Sürix”in səfər oyunları sindromu var.

Sportinfo.az xəbər verir ki, son İsveçrə çempionu avrokubok görüşləri zamanı rəqib meydanında keçirdiyi matçlarda qələbə üzünə həsrət qalır.

Bunu bilmək üçün ağdamlıların rəqibinin son 10 ildə - 2011/12 mövsümündən bu yana beynəlxalq arenalardakı oyunlarına və nəticələrinə baxmaq kifayət edir.

“Sürix” bu müddətdə 6 dəfə avrokuboklarda mübarizə imkanı qazanıb ki, 18 halda səfərdə oynayıb.

Həmin matçları təqdim edirik:

2011/12, Çempionlar Liqası

“Standart” (Belçika) – “Sürix” 1:1

“Bavariya” (Almaniya) – “Sürix” 2:0

2011/12, Avropa Liqası

“Sportinq” (Portuqaliya) - “Sürix” 2:0

“Vasluy” (Rumıniya) - “Sürix” 2:2

“Latsio” (İtaliya) - “Sürix” 1:0

2013/14, Avropa Liqası

“Slovan Liberets” (Çexiya) - “Sürix” 2:1

2014/15, Avropa Liqası

“Spartak Trnava” (Slovakiya) - “Sürix” 1:3

“Apollon” (Kipr) - “Sürix” 3:2

“Borussiya Münxenqladbax” (Almaniya) - “Sürix” 3:0

“Vilyareal” (İspaniya) - “Sürix” 4:1

2015/16, Avropa Liqası

“Dinamo Minsk” (Belarus) - “Sürix” 1:1

2016/17, Avropa Liqası

“Vilyareal” (İspaniya) - “Sürix” 2:1

“Styaua” (Rumıniya) - “Sürix” 1:1

“Osmanlıspor” (Türkiyə) - “Sürix” 2:0

2018/19, Avropa Liqası

“Bayer Leverkuzen” (Almaniya) - “Sürix” 1:0

“Ludoqorets” (Bolqarıstan) - “Sürix” 1:1

“AEK Larnaka” (Kipr) – “Sürix” 0:1

“Napoli” (İtaliya) - “Sürix” 2:0

Göründüyü kimi, 2011-in yayından bu yana avrokuboklarda 18 səfər qarşılaşmasına çıxan “Sürix” bu sayda oyundan yalnız 2-də qələbəyə sevinməyi bacarıb. Məğlub etdiyi rəqiblər “Spartak Trnava” ilə “AEK Larnaka” olub.

5 görüşdə heç-heçəyə nail olan İsveçrə təmsilçisi 11 matçda meydanı başıaşağı tərk edib.

Bu fakt zəngin tarixə malik klub-komandanın beynəlxalq arenalardakı səfər sindromundan xəbər verir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti