Millimizin futbolçusunun həbs qərarı qüvvədə qaldı, üstəlik…

14 Oktyabr 2020 20:30 Qalmaqal 1 462
Millimizin futbolçusunun həbs qərarı qüvvədə qaldı, üstəlik…

2016-cı ildə İspaniya "Eybar"ında çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Azərbaycan millisinin və "Albasete"nin futbolçusu Eddi İsrafilov bu gün məhkəmə qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, məhkəmə prosesi sabah davam edəcək. İsrafilovun üç il müddətinə həbs edilməsi hələlik qüvvədə qalıb.

Bundan əlavə, o, dəymiş ziyana görə qarşı tərəfə 30 min avro ödəməlidir.

Prokurorluq Enriç və Lunaya üçün cəzanın 5 ildən 2 ilə endirilməsinə razı olub. Bu səbəbdən, onlar həbs edilməyəcək və zərərçəkənə 110 min avro təzminat ödəyəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti