Fransanın məşhur klubunda oynadı, "Qəbələ"nin yolunu tutdu

12 İyul 2025 19:20 Qəbələ 1 176
Fransanın məşhur klubunda oynadı, "Qəbələ"nin yolunu tutdu

2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Fransa təmsilçisi “Kan” olub.

Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

“Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA