Erməni klubuna keçən yığmamızın üzvü: "Heç cür anlamıram ki..."

22 Sentyabr 2020 16:42 Qalmaqal 2 562
Erməni klubuna keçən yığmamızın üzvü: "Heç cür anlamıram ki..."

Azərbaycana heç bir aidiyyatı olmadığı halda, AFFA rəhbərliyinin milli forma geyindirdiyi, ən azı, 3 dəfə komandamızın təlim-məşq toplanışlarında iştirak edən, daha sonra "Pünik"ə yollanan Maqomed Musalov düşmən ölkənin mediasına müsahibə verib.

Uzun illərdir Azərbaycanın müxtəlif yaşlardan ibarət milli komandalarına və AFFA-nın nəzarətindəki klublara Rusiyada lazım olmayan aşağı keyfiyyətli dağıstanlı futbolçular cəlb edilir.

Sportinfo.az xəbər verir ki, Musalovu Ermənistan klubuna Bakıda doğulmuş tanınmış şərhçi Nobel Arustamyanın qardaşı Samvel aparıb. O, "Pünik"in idman direktorudur.

Musalov Ermənistan mediasına müsahibəsində yalnız 1 dəfə milliyə çağırıldığını desə də, "google"da axtarış verəndə, ən azı 3 dəfə komandamızın təlim-məşq toplanışında iştirak etdiyi məlum olur.

Əvvəl milli komandalarımızın, daha sonra Ermənistan klubunun formasını geyən futbolçunun müsahibəsindən: "Mən Dağıstanda doğulmuşam, milliyətcə avaram. "Anji"yə keçidim zamanı sənədlərlə bağlı bəzi problemlər yarandı və qardaşımla məni uzun müddət sifariş edə bilmirdilər.

Sənədlərin rəsmiləşməsini gözlədiyimiz müddətdə Azərbaycan millisi ilə təlim-məşq toplanışına getmək təklif etdilər.

Biz Litvaya getdik (Musalov qardaşları Litvaya getməzdən neçə ay əvvəl millimizlə Bakıda və İsmayıllıda iki dəfə təlim-məşq toplanışında olublar). Daha sonra "Anji"yə keçidimizlə bağlı bütün suallara aydınlıq gəldi və biz Dağıstana qayıtdıq.

Bəzi saytlarda bu haqda yazılsa da, mənim heç vaxt Azərbaycan vətəndaşlığım olmayıb. Ermənistan klubuna keçidimə mənfi münasibət məni təəccübləndirdi. Sadəcə, mən heç cür anlamıram ki, kimin hisslərini təhqir edə bilərəm?".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi