Mübariz Mənsimovla bağlı ŞOK XƏBƏR! - Yeni, gizli əlaqələri üzə çıxdı

22 Sentyabr 2020 11:48 Qalmaqal 1 579
Mübariz Mənsimovla bağlı ŞOK XƏBƏR! - Yeni, gizli əlaqələri üzə çıxdı

Jurnalistlərin beynəlxalq korrupsiya və kriminal araşdırma qrupu olan OCCRP (Organized Crime and Corruption Reporting Project) ABŞ-da Donald Trampın prezident seçilməsi və ona kimlərin dəstək verməsi ilə bağlı yeni araşdırmasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, budəfəki araşdırmada azərbaycanlı iş adamları - “Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimov və “Aznar“FK-nın yaradıcısı Fərhad Əhmədovun da adı hallanır.

Məqalədə deyilir ki, D.Tramın inauqurasiyasından 1 gün əvvəl, yəni 2017-ci ilin 19 yanvarında Vaşinqtonda olan “Watergate” oteldə tanınmış lobbist və D.Trampın inauqurasiya komitəsinin vitse-direktoru olan Brian BallardlaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Görüşdə onları Floridadan olan biznesmen Lev Parnas və azərbaycanlı gəmi maqnatı Mübariz Mənsimov müşayiət edib.

Tərəflər arasında müqavilə imzalandığı və bu razılaşmada Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun da iştirak etdiyi qeyd edilir.

Jurnalistlərin həmin məsələ ilə bağlı sorğusuna nə Mənsimov, nə də Əhmədov cavab verib.

Digər Xəbərlər
Xəbər Lenti