"Qarabağ"a görə üzülənlərin həzz alacağı MƏNZƏRƏ

9 Aprel 22:40 Premyerliqa 3 801
"Qarabağ"a görə üzülənlərin həzz alacağı MƏNZƏRƏ

Premyer Liqada sona 7 tur qaldı.

Avrokuboklar uğurunda mübarizə hər keçən tur daha da gərginləşir.

Təsəvvür edin ki, bu gün ikinci pillədə gedən "Zirə" sonda çempionatı 6-7-ci pillədə belə bitirə bilər.

Və ya bunun əksinə şahidlik edə bilərik.

Belə məqamda klublar bütün gücünü səfərbər edəcəyi şübhəsizdir.

Meydanda və ya ondan kənar atılacaq bütün addımlar yekun nəticəyə təsir edəcək.

Kim yumruğu bir yerə vura bilsə, daha səbrli olsa, iradə göstərsə, sonda da gülən tərəf(lər) o olacaq.

Bu mənzərəyə yalnız sevinmək olar.

Düzdü, "Qarabağ" heç bir rəqabət hiss etmədən çempion oldu.

Özü də sona 8 tur qalmış.

Hər kəsi qayğılandıran mənzərədir.

Kaşki "Sabah", "Neftçi" kimi rəqiblər də bu mübarizədə olardı.

Ən azı son turlara kimi "Qarabağ"ı narahat edərdilər.

Olmadı, amma təsəllimizə şükür.

Nə yaxşı ki, digər rəqiblər arasında belə uçurum yoxdur.

Son 7 tur "Zirə", "Neftçi", "Səbail", "Turan Tovuz", "Sabah" və "Sumqayıt" üçün 7 final əhəmiyyəti daşıyacaq.

Layiq olan aparsın.

Bizə isə gərginliyin, həyəcanın pikk həddə yüksələcəyi matçları zövqlə seyr etmək düşər.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti