İşıqları sönən Premyer Liqa klubu 30 min manat üçün… 1 ay da gözləyəcəklər

15 Dekabr 2023 12:40 Səbail 1 269
İşıqları sönən Premyer Liqa klubu 30 min manat üçün… 1 ay da gözləyəcəklər

"Səbail” bu gün Premyer Liqanın 17-ci tur matçına çıxacaq.

«Dənizçilər» Bayılda "Qəbələ”ni qəbul edəcək.

"ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 13:00-da başlayacaq.

«Səbail» ötən ev görüşünü də bu səbəbdən erkən keçirib. «Kəpəz»lə qarşılaşma 14:00-da start götürüb və qolsuz bərabərliklə bitib.

«ASCO Arena»nın işıqları bəs nə vaxt yanacaq? Əldə etdiyimiz məlumata görə, problemi həlli gələn ayadək yubanacaq.

AFFA-nın nəzdində olan stadionun «transformator»unun təmiri heç də az pul aparmayacaq. Bunun üçün hardasa 30 min manat lazımdır.

Federasiya göstərilən məbləğin istifadəçi tərəfindən ödənilməsini istəyir və ora əlavə pul ayırmaqdan imtina edir.

«Səbail»in sponsorluq yükünü çəkən «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) isə 2023-cü ilə aid büdcəni artıq bağladıqlarını və yalnız yanvarda bu məsələyə dönə biləcəklərini AFFA-nın diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!