AFFA-nın yeni rəhbərliyi bu klubu paytaxtdan köçürür…

8 Aprel 2024 14:00 Səbail 8 035
AFFA-nın yeni rəhbərliyi bu klubu paytaxtdan köçürür…

2016-cı ildə yaradılan «Səbail» qarşıdakı aylarda Bakını birdəfəlik tərk edə bilər.

Bayılın təmsilçisi olan klubun paytaxtdan köçürülməsi gündəmdədir.

Saytımız bu barədə AFFA-dan maraqlı məlumat əldə edib. Federasiyadan redaksiyamıza bildirilib ki, «dənizçilər»in Mingəçevirə kösürülməsi hazırda ciddi müzakirə mövzusudur.

Qurumun yeni rəhbərliyi bu variantın üzərində dayanıb və onu gerçəkləşdirmək istiqamətində müəyyən addımlar atmağa hazırlaşır.

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) yönətimi məsələdən xəbərdardır. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev AFFA-nın istəyi barədə məlumatlandırılıb.

Onun reaksiyası mənfi deyil. Sadəcə, Mingəçevirə köçün hansı şərtlər daxilində gerçəkləşməsi hələ netlik qazanmayıb.

Müxtəlif vacib detallar var və onların dəqiqləşdirilməsi mayın ortasınadən uzana bilər.

Amma istənilən halda, AFFA-nın yeni idarəçiləri paytaxtdakı klubların sayını azaltmağı qarşısına məqsəd qoyub.

SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”