Tanınmış diktor Ramiz Qafarov vəfat edib.
Sportinfo.az xəbər verir ki, o, axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.
Məlumata görə, onun “Spartak” - “Xarı bülbül” voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.
Ramiz Qafarov həm də, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.

