Millimizlə oyuna çağırıldı - "Volfsburq"un yarımmüdafiəçisi

8 Sentyabr 2023 08:30 Hadisə 1 252
Millimizlə oyuna çağırıldı - "Volfsburq"un yarımmüdafiəçisi

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Belçikanın heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə cəlb edib.

"Volfsburq"un 20 yaşlı yarımmüdafiəçisi "qırmızı şeytanlar"la birlikdə Bakıya gələcək.

Azərbaycan - Belçika qarşılaşması 9 sentyabr tarixində saat 17:00-da "Dalğa Arena"da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!