Öncə Tedesko, sonra De Byazi

8 Sentyabr 2023 02:50 Hadisə 966
Öncə Tedesko, sonra De Byazi

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, öncə Belçika millisinin baş məşqçisi Domeniko Tedesko mətbuat önünə çıxacaq.

Canni De Byazinin mətbuat konfransı isə 17:30-a planlaşdırılıb.

8 sentyabr

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Belçika milli komandası

14:00. Mətbuat konfransı
12:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq. KİV nümayəndələrini “Dalğa Arena”ya aparacaq avtobus saat 16:30-da Atatürk parkının (Gənclik metro stansiyası) qarşısından yola düşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!