Hücum xəbərdarlığı edildi, 4,5 saata bitdi - Premyer Liqa matçı

9 Noyabr 2023 18:20 Hadisə 667
Hücum xəbərdarlığı edildi, 4,5 saata bitdi - Premyer Liqa matçı

Ukrayna Premyer Liqasının “Dnepr-1” – “Oleksandriya” matçı hava hücumu xəbərdarlığı sirenləri səbəbindən 4 saat 36 dəqiqəyə başa çatıb və bu, liqa tarixinin ən uzun matçı olub.

Sportinfo.az xəbər verir ki, Ukraynanın “Dnepr Arena” stadionunda keçirilən qarşılaşma sirenlər səsləndiyi üçün nəzərdə tutulduğundan 15 dəqiqə gec başlayıb.

Meydan sahibi “Dnepr-1” 34-cü dəqiqədə Oleksandr Filippovun qolu ilə 1:0 önə keçib və ilk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində sirenalar səsləndiyi üçün paltardəyişmə otağına gedən futbolçular üçün matçı başa vurmaq asan olmayıb.

Eyni səbəbdən dəfələrlə fasilə verilən qarşılaşma 4 saat 36 dəqiqəyə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!