“Barselona”nın sabiq futbolçusu Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı tənqidlərə əhəmiyyət vermədiyini deyib:
“Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım.
Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər”.
Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub.

