Separatçılara pul verilməyəcək - İrəvan elan etdi

9 Noyabr 2023 04:00 Hadisə 775
Separatçılara pul verilməyəcək - İrəvan elan etdi

Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsində Qarabağdan gələn separatçıların “dövlət qurumları”nın saxlanması üçün pul yoxdur və olmayacaq.

Bunu noyabrın 8-də Ermənistan parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı komissiyanın rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Öz növbəsində respublikanın maliyyə naziri Vahe Hovhannisyan Ermənistanın dövlət büdcəsinə daxil olan pulların başqa məqsədlər üçün istifadə olunacağını vurğulayıb.

“Məsələn, vəsait Qarabağdan gələnlərin pensiya, mənzil və digər sosial problemlərinin həlli üçün istifadə olnacaq”, - nazir izah edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!