Hesabı 6:0 etdilər, 1 dəqiqəyə 16 sarı vərəqə aldılar

8 Noyabr 2023 21:40 Hadisə 914
Hesabı 6:0 etdilər, 1 dəqiqəyə 16 sarı vərəqə aldılar

Çexiyanın "Sokol" klubunun futbolçuları bir dəqiqə ərzində 16 sarı vərəqə alaraq antirekorda imza atıblar.

Sportinfo.az xəbər verir ki, aşağı divizionunda baş tutan matçdan əvvəl futbolçular qol vuracaqları təqdirdə, hər kəsin formalarını çıxaracağı ilə bağlı razılığa gəliblər.

82-ci dəqiqədə “Sokol” hesabı 6:0 etdikdən sonra həm əsas, həm də ehtiyat skamyadakı futbolçular eyni anda formalarını çıxarıb və belədə, baş hakim onların hər birinə sarı vərəqə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!