Qarabağ meşələrindən tapılan erməni əsgərdən ŞOK SÖZLƏR!

6 Noyabr 2023 16:30 Hadisə 4 256
Qarabağ meşələrindən tapılan erməni əsgərdən ŞOK SÖZLƏR!

Qarabağdakı qondarma “ordu”da xidmət keçən və çox güman ki, sentyabr tədbirləri zamanı fərarilik edən erməni əsgər Rafael Akopyan bir ay sonra tapılıb.

İddiaya görə, o, meşələrdə gizlənib, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ermənistana aparılıb.

20 yaşlı əsgər Kotayk rayonunun Büreqavan kəndinə köçmüş ailəsinə qovuşub. Valideynlər yeganə oğullarının xilas edilməsini möcüzə adlandırırlar.

Akopyan deyib ki, bu müddətdə yabanı giləmeyvə yeyirmiş, bəzən yemək üçün yaxınlıqdakı kəndlərə enirmiş və bütün bu müddət ərzində müharibənin bitdiyindən, Qarabağın boş olduğundan xəbərsiz imiş.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!