Şuşada dəhşətli qəza baş verdi, 5 nəfər yanaraq öldü - VİDEO+FOTOLAR

6 Noyabr 2023 12:10 Hadisə 813
Şuşada dəhşətli qəza baş verdi, 5 nəfər yanaraq öldü - VİDEO+FOTOLAR

Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib.

Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobil alovlanıb və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!