Premyer Liqanın 12-ci turu çərçivəsində "Səbail" "Turan Tovuz"u qəbul edib.
Oyunun ilk hissəsində meydan sahibləri ciddi itki ilə üzləşib.
Ağabala Ramazanov Faiq Hacıyevlə ikili mübarizədə yerdə qalıb və zədəsi ciddi olduğundan təcili xəstəxanaya aparılıb.
Sportinfo.az xəbər verir ki, oyun başa çatan kimi Faiq meydanda zədələdiyi Ağabalanı görmək üçün "Bona Dea Hospital"a yollanıb.
Hazırda həkim nəzarətində olan Ramazanovun həyati təhlükəsi yoxdur.
30 yaşlı futbolçu bir neçə gün həkim nəzarətində olacaq.
HƏBİB

