Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə dünya mətbuatının və sosial şəbəkələrin gündəminə çevirlib.
Sportinfo.az xəbər verir ki, buna səbəb onun BƏƏ-də keçirilən dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyayla qarşılaşmada (3:0) vurduğu qoldan sonra sevincidir.
Komandamızın sözügedən görüşdəki ikinci qolunun müəllifi olan kapitan, portuqaliyalı futbolçu Kriştiano Ronaldoya məxsus "siuu" sevincini yerinə yetirib.
Bu məqam həm ölkəmizdə, həm də dünyada populyar olub. "Portuqaliyaya qol vurub, Ronaldo kimi sevinmək? Bu, çılğın hərəkətdir" - deyə şərhlərdən birində qeyd edilib.

