Tanınmış məşqçinin evinin divarına “nankor” və “satqın” sözləri yazıldı

2 Noyabr 2023 10:20 Hadisə 586
Tanınmış məşqçinin evinin divarına “nankor” və “satqın” sözləri yazıldı

“Portu”nun keçmiş baş məşqçisi Andre Villaş-Boaşın evi vandalizmə məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib.

Evin divarında və darvazasında “nankor” və “satqın” yazıları peyda olub. Boaşın özü və ailəsi xaricdə olmasına baxmayaraq, yazılar tez bir zamanda rənglənib.

Daha əvvəl Boaş “Portu”nun prezidenti postuna namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb və klubun hazırkı rəhbərliyini maliyyə fəaliyyətinə görə tənqid edib.

O, 2010/11 mövsümündə “Portu” ilə çempionluq, superkubok və Portuqaliya kubokunu qazanıb, həmçinin Avropa Liqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!