Rusiya hərbi texnikanı Qarabağdan çıxarmasının “səbəbi”ni açıqladı

2 Noyabr 2023 04:00 Hadisə 1 138
Rusiya hərbi texnikanı Qarabağdan çıxarmasının “səbəbi”ni açıqladı

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyasının başa çatdığına dair məlumat yayıb.

Məlumatda həmçinin sülhməramlı kontingentin sərəncamında olan hərbi texnikanın təmir üçün Rusiyaya göndərildiyi qeyd edilir.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatır” - deyə bəyanatda bildirilib.

Bir neçə gündür sosial şəbəkələrdə Qarabağdan çıxarılaraq Rusiyaya aparılan hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər yayılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!