Norveç çempionatında 26-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde" doğma meydanda "Tromsö"nü qəbul edib.
Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Molde"nin qolunu 84-cü dəqiqədə (hesab 4:0 rəqibin xeyrinə olarkən) Kristofer Hauqen vurub.
26 turdan sonra 44 xal toplayan "Molde" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Qarabağ" Bakıda keçirilən ilk oyunda "Mölde"ni 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci görüş 1 dekabr tarixində Norveçdə baş tutacaq.

