Sevgilisi məşhur idmançını həbs etdirdi – Oteldə QALMAQAL!

13 Sentyabr 2023 02:30 Hadisə 579
Sevgilisi məşhur idmançını həbs etdirdi – Oteldə QALMAQAL!

NBA klubu "Houston Rockets"in basketbolçusu Kevin Porter həbs olunub.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun oteldə sevgilisinə qarşı zorakılıq etməsi olub.

23 yaşlı basketbolçunun sevgilisini boğmağa çalışdığı bildirilirdi.

Onun sevgilisinin keçmiş WNBA oyunçusu Kisre Qondrezik olduğu bildirilir. Qadın hadisə yerinin yaxınlığında olan xəstəxanada müalicə alır.

Porter, keçən mövsüm "Houston Rockets"də 59 oyun keçirib. O, orta hesabla 19,2 xal, 5,3 ribaund və 5,7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!