UEFA 1,5 il sonra rusiyalı hakimə təyinat verib.
Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu Vera Opyekinanı qadınlar arasında Millətlər Liqası çərçivəsində keçiriləcək Ermənistan - Qazaxıstan oyununa təyin edib.
Qarşılaşma sentyabrın 26-da baş tutacaq.
Bu, Rusiyanın Ukraynaya hərbi hücuma başladığı 2022-ci ilin fevralından sonra UEFA-dan Rusiyaya verilən ilk təyinatdır.
Həmin vaxtdan Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb, hakimlər isə FİFA və UEFA bayrağı altında keçirilən oyunları idarə edə bilmirlər.

