Füzuli ilə bağlı ŞAD XƏBƏR

23 Mart 2023 03:20 Hadisə 2 253
Füzuli ilə bağlı ŞAD XƏBƏR

"Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir.

Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq. Bütövlükdə 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir".

Bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

336756488_3592327434335209_3965453081766558737_n.jpg (120 KB)

Millət vəkilinin sözlərinə görə, yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq:

"Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleks salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və orta mərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Bu dəfə daimi".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı