Zorlamada ittiham olunan tanınmış futbolçu bəraət aldı

3 Fevral 2023 10:00 Hadisə 771
Zorlamada ittiham olunan tanınmış futbolçu bəraət aldı

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud zorlama və cinsi təcavüz ittihamlarından azad edilib.

Sportinfo.az xəbər verir ki, o, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə keçmiş sevgilisi tərəfindən zorakılıq faktını əks etdirən bir sıra fotoların yayılmasınadan sonra saxlanılmışdı.

21 yaşlı futbolçu zorlama, təcavüz və ölümlə hədələmədə şübhəli bilinirdi.

Böyük Mançester polisi bu gün bildirib ki, Qrinvud yuxarıdakı ittihamların hamısından azad olunub.

“21 yaşlı gəncin barəsində 2022-ci ilin yanvarında başlanmış istintaqla bağlı cinayət işinə xitam verilib. İşin mediada geniş işıqlandırılmasını nəzərə alaraq, onun artıq mühakimə olunmadığını bildiririk”, - Böyük Mançester polisi qeyd edib

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM