Mənsimov "Xan Lənkəran"ın prezidentina bu işdə kömək oldu

26 Sentyabr 2022 14:00 Hadisə 1 547
Mənsimov "Xan Lənkəran"ın prezidentina bu işdə kömək oldu

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov Türkiyənin biznes həyatına qoşulub.

O, Rusiyadakı şirkətlərinin bir hissəsini qardaş ölkəyə köçürmək üçün ilk addımlarını atıb.

Bu işdə ona «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov dəstək verir.

P.Hüseynov uzun illərdir Rusiyada yaşayır və çalışır. Bu ölkənin bir neçə şəhərində biznes strukturu formalaşdırıb. Ona məxsus şirkətlər həmçinin Avropanın bəzi ölkələrində fəaliyyət göstərir.

Ötən ilin yayında yaradılan «Xan Lənkəran» Region Liqasının finalçısı olub. AFFA müxtəlif bəhanələr gətirərək, cənub təmsilçisini I Diviziona buraxmaqdan imtina edib.

«Ağ-yaşıllar» bu səbəbdən yarımhəvəskar çempionatda iştirakdan boyun qaçırıb, aşağı yaş qrupları üzrə birinciliklərdə çıxışını davam etdirməklə kifayətlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!