“Rusiya müharibə zamanı Ermənistan üçün mümkün hər şeyi etdi”

25 Yanvar 2021 12:30 Hadisə 522
“Rusiya müharibə zamanı Ermənistan üçün mümkün hər şeyi etdi”

“Qarabağdakı müharibə zamanı Rusiya Ermənistana dəstək göstərmək və müttəfiqlik borclarını yerinə yetirmək üçün əlindən gələni edib”.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “Mediamaks” agentliyinə verdiyi müsahibədə deyib.

O, müharibə ərzində rus həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla bir neçə dəfə telefon danışığı apardığını etiraf edib.

“Məlum səbəblərdən danışılanları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”,- deyə Tonoyan bildirib.

Eks-nazir qeyd edib ki, Şoyqu ilə davamlı iş əlaqələri müdafiə məsələləri ilə yanaşı bir sıra digər vacib məsələlərin həllinə imkan verib.

Tonoyan müharibə bitdikdən bir neçə gün sonra Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"