Fransa Prezidenti Emmanuel Makron yenə də fitə basılıb.
Sportinfo.az xəbər verir ki, hadisə Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar tərəfindən baş verib.
Mərasimdə öncə Dünya Reqbi Prezidenti Bill Bomont çıxış edib. Sonra kürsüyə Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fitə basıblar.
Bəzi mənbələr qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına təhqirlər də eşidilib.

