Gimnastlarımız Gəncədə erməni terrorundan zərər çəkənlərə dəstək oldu: FOTOLAR

14 Oktyabr 2020 00:56 Digər növlər 585
Gimnastlarımız Gəncədə erməni terrorundan zərər çəkənlərə dəstək oldu: FOTOLAR

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Ermənistanın Gəncədəki dinc sakinləri raket atəşinə tutması nəticəsində xəsarət alanlara və həlak olmuş şəxslərin ailələrinə baş çəkib.

Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının "facebook" səhifəsinə istinadən məlumatına görə, komanda üzvləri zərərçəkənlərin ailə üzvləri ilə öz hisslərini paylaşıblar.

Həmçinin Gəncədəki həmkarları ilə görüşən gimnastlar mənəvi dəstəklərini çatdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti