Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?

13 İyun 2020 16:28 Digər növlər 439
Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?

"Formula 1" üzrə dünya çempionatında cari mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt məlum olub.

Sportinfo.az xəbər verir ki, digər yarışların tarixi iyulun 5-də start götürəcək Avstriya Qran-prisinədək elan olunacaq.

Yarışın rəhbərliyi 2020-ci ildə ümumilikdə 15 - 18 Qran-pri təşkil etməyi planlaşdırır. Mövsümə dekabrın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yekun vurulacaq.

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək.

Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti