"Qarabağ"dan ağılalmaz geridönüş və SENSASİYA!

"Qarabağ"dan ağılalmaz geridönüş və SENSASİYA!

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib.

İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib.

"Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

"Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:3

Qollar: Barreneçea, 6; Pavlidis, 16 // Leandro Andrade 30 // Kamilo Duran 49, Aleksey Kaşuk, 87

Baş hakim: Erik Lambrexts.

Lissabon, "Eştadiu da Luş" stadionu

"Benfika": 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)

Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste

Baş məşqçi: Bruno Laje

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var