“Bavariya” “Latsio”, PSJ “Real Sosyedad”la üz-üzə - ÇL-də BU GÜN

5 Mart 18:40 Çempionlar Liqası 256
“Bavariya” “Latsio”, PSJ “Real Sosyedad”la üz-üzə - ÇL-də BU GÜN

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq iki matç gerçəkləşəcək.

Almaniya çempionu "Bavariya" İtaliyada "Latsio"nu qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.

Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyəcək.

Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0.

Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidir.

00:00 "Bavariya" (Almaniya) – "Latsio" (İtaliya)
İlk oyun – 0:1

00:00 "Real Sosyedad" (İspaniya) – PSJ (Fransa)
İlk oyun – 0:2

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"