COP29

Azərbaycanlının “Mançester Siti”ni məmnun edən qərarı - VİDEO

15 Dekabr 2023 08:30 Çempionlar Liqası 4 293
Azərbaycanlının “Mançester Siti”ni məmnun edən qərarı - VİDEO

Çempionlar Liqasında daha bir qrupda mübarizə başa çatıb.

Sportinfo.az xəbər verir ki, G qrupunda sonuncu – VI turun oyunları keçirilib.

“Mançester Siti” səfərdə “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub edib.

Belqraddakı qarşılaşmanı idarə edən azərbaycanlı hakim Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 1 oyunçusuna sarı vərəqə göstərib.

Ağayev 85-ci dəqiqədə Serbiya təmsilçisinin qapısına penalti təyin edib ki, bu da ingilislərin 3-cü qolu vurmaları ilə nəticələnib.

Qrupun digər oyununda “Leypsiq” evdə “Yanq Boyz”u 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Mançester Siti” 18, “Leypsiq” 12 xalla 1/8 finala yüksəlib. “Yanq Boyz” 4 xalla Avropa Liqasının pley-offuna yollanıb, aktivinə 1 xal yazdıran “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"