Yeni mövsümün hazırlığına iki legionerlə start verəcək, amma...

25 İyul 2024 20:00 Qəbələ 1 187
Yeni mövsümün hazırlığına iki legionerlə start verəcək, amma...

“Qəbələ” yeni mövsümün hazırlığına bu gündən start verəcək.

"Qırmızı-qaralar” məşqlərə doğma rayonda başlayacaq.

Məşqlərə qoşulanlar arasında iki legioner də yer alacaq.

Bunlar ötən mövsüm də komandanın şərəfini qorumuş Kristof Atanqana və Zurab Oçiqavadır.

Amma adıçəkilənlərin düşərgədə yer alması onların yeni mövsüm də bölgə klubunda yer alacağı anlamına gəlmir.

Belə ki, hər iki əcnəbi ilə klubun müqaviləsi var. Belədə məşqlərə qoşulmaq məcburiyyətindədirlər.

Lakin Birinci Liqa təmsilçisində qalacaqları dəqiq deyil. Bu yöndə danışıqlar davam edir. Yüksək liqa klublarından təklif gözləyən legionerlər "Qəbələ"yə cavab verməyə tələsmirlər.

Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!