COP29

PSJ ilə danışıqlara başladılar – İspan yarımmüdafiəçi üçün

26 İyul 22:00 Fransa 716
PSJ ilə danışıqlara başladılar – İspan yarımmüdafiəçi üçün

“Arsenal” PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi transfer etmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” artıq ispaniyalı futbolçunun mümkün transferi ilə bağlı Fransa klubu ilə danışıqlara başlayıb.

“Arsenal”ın bu yay Ruisi almaq üçün vəsaiti yoxdur və parislilərlə “Brentford”dan icarəyə götürdüyü ispaniyalı qapıçı David Raya ilə olduğu kimi, eyni formatda müqavilə bağlaya bilər.

Belə ki, London klubu onu sonradan satın almaq öhdəliyi ilə icarəyə götürmək niyyətindədir.

Ruis 2022-ci ildən PSJ-də çıxış edir. O, bu komanda ilə 2 dəfə Fransa çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub. 28 yaşlı yarımmüdafiəçi daha əvvəl “Napoli”, “Elçe” və “Betis”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!