“Qəbələ” çətin komandadır” - “Omoniya”nın yarımmüdafiəçisi

22 İyul 2023 13:40 Qəbələ 837
“Qəbələ” çətin komandadır” - “Omoniya”nın yarımmüdafiəçisi

“Qəbələ” çətin komandadır”.

Sportinfo.az xəbər verir ki, bunu “Omoniya”nın futbolçusu Çaralampos Çaralampus Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qəbələ” barədə danışarkən deyib.

Kipr klubunun 21 yaşlı yarımmüdafiəçi rəqibin gücündən çəkinmədiklərini və hədəflərinin böyük olduğunu söyləyib:

“Qəbələ” ilə oyunlara yaxşı hazırlaşmışıq. Superkubok görüşündən sonra artıq bütün diqqətimiz “Qəbələ” ilə görüşlərədir.

Biz “Omoniya”yıq, bunu dəfələrlə göstərmişik, qruplarda iştirak etmişik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik”.

“Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı