Premyer Liqaya qayıdan “Qəbələ” bunu da bacardı!

13 Aprel 02:30 Qəbələ 834
Premyer Liqaya qayıdan “Qəbələ” bunu da bacardı!

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.

Sportinjfo.az xəbər verir ki, bu, I Liqanın XXI turuna təsadüf edib.

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə üstələyib. 300-cü qələbə 720-ci oyunda gerçəkləşib.

“Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.

“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komanda 2 dəfə də neytral meydanda sevinib.

"Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib – 8:0.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi