Dağlar qoynunda yerləşən stadiondan möhtəşəm görüntü - VİDEO

22 Aprel 11:20 Qəbələ 2 302
Dağlar qoynunda yerləşən stadiondan möhtəşəm görüntü - VİDEO

Qəbələ şəhər stadionunun üzərinə birdən-birə buludlar çöküb.

Bu zaman arena maraqlı görkəm alıb.

Dağların əhatəsində olan «futbol məbədi»nə sürətlə yaxınlaşan buludlardan süzülən duman özüylə yağış gətirib, nəticədə hava qəfildən soyuyub

Əməkdaşımız həmin anları canlı alaraq kameranın yaddaşına köçürüb.

Uzun illər daxili və beynəlxalq oyunlara ev sahibliyi etmiş məkan gələn mövsümdən yenidən Premyer Liqaya qucaq açacaq.

Rayonun eyniadlı təmsilçisi I Liqada vaxtından əvvəl çempionluğu özü üçün təmin edib. «Qırmızı-qaralar» 22 tura 55 xal toplayaraq, hazırda turnir cədvəlinin vahid lideridir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!