Santuş niyə onu Premyer Liqa futbolçularından üstün tutdu? - AÇIQLAMA

30 Mart 17:45 Qəbələ 1 941
Santuş niyə onu Premyer Liqa futbolçularından üstün tutdu? - AÇIQLAMA

“Elə o zaman bu futbolçu ümumən yaxşı təsir bağışlayırdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov deyib.

Ötən ilin sentyabrında Gəncə klubundan ayrılan mütəxəssis hazırda I Liqada mübarizə aparan “Qəbələ”dən əsas milliyə dəvət alan Şahin Şahniyarov haqda danışıb:

"Şahin Şahniyarov keçən il "Qəbələ"nin heyətində Premyer Liqanın bir neçə oyununda əsas heyətdə meydana çıxmışdı.

Fernandu Santuş onun son oyunlarını izləyib və yəqin ki, performansını Premyer Liqada çıxış edən futbolçularla bərabər olduğunu düşünürək dəvət edib.

Şahniyarovun perspektivi var, gələcəkdə milliyə çox faydası dəyə bilər. Belə gənclərin ölkənin əsas komandasına çağırılması yaxşı haldır”.

Portuqaliyalı mütəxəssis “Qəbələ”li istedadı Haiti və Belarusla yoxlama görüşləri üçün yığmanın düşərgəsinə gətirib. 20 yaşlı yarımmüdafiəçi ikincilərlə Masazırda keçirilən görüşdə (0:2) debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!