Millimizin üzvü Türkiyəyə getdi, soyadını dəyişdi - FOTO

21 Oktyabr 2018 09:39 Qılıncoynatma 876
Millimizin üzvü Türkiyəyə getdi, soyadını dəyişdi - FOTO

Antalyada qılıncoynatma üzrə “B” kateqoriyalı “Satellite” turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sablya üzrə qadınlardan ibarət millinin üzvü Səbinə Kərimova (Mikina) bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan həmyerlimiz, uğurlu çıxışın davamını pley-offda da davam etdirib.

1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn olimpiya iştirakçısı, 1/4 finalda türkiyəli Aylin Çağırı 15:10 hesabı ilə məğlub edib.

Yarımfinala yüksəlməklə 3-cü yeri özünə təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.

6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti