Millimiz Almaniyadakı Dünya Kubokuna uğursuz başladı

11 Yanvar 2020 00:14 Qılıncoynatma 599
Millimiz Almaniyadakı Dünya Kubokuna uğursuz başladı

Azərbaycan milli komandasının qılıncoynadanları Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.

Sportinfo.az xəbər verir ki, turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

Lakin şpaqaçılarımızın fərdi çıxışları uğursuz yekunlaşıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk duelində mərakeşli Hussam Elkorda 15:11 hesabı ilə qalib gəlsə də, "64-lüy"ə düşmək uğrunda qarşılaşmada Cənubi Koreya idmançısı Sonq Jae Hoya məğlub olub - 11:15.

Qrupda 3 qələbə qazanan yığmamızın digər təmsilçisi - Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta (9:15) boyun əyib. Aktivində yalnız 1 qələbəsi olan Xalid Əliyevlə Barat Quliyev də mübarizəni erkən dayandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti