Azərbaycan yığması dünya kubokunda 11-ci oldu

25 Noyabr 2019 21:20 Qılıncoynatma 621
Azərbaycan yığması dünya kubokunda 11-ci oldu

Azərbaycanın qadınlardan ibarət sablya üzrə milli komandası Fransanın Orlean şəhərində keçirilən dünya kubokunun komanda yarışında uğursuz çıxış edib.

Sportinfo.az xəbər verir ki, ilk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız 16 ən güclü komanda sırasına yüksəlib.

"16-lıq"da Fransa yığması ilə qarşılaşan yığmamız rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də, 9-10-cu yerlər üçün qarşılaşmada ABŞ komandasına 35:45 hesabı ilə məğlub olub.

Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət kollektiv yalnız 11-ci yeri tuta bilib.

Digər Xəbərlər
Xəbər Lenti