Milli Almaniyada 32-ci oldu

13 Yanvar 2020 00:14 Qılıncoynatma 562
Milli Almaniyada 32-ci oldu

Qılıncoynatma üzrə kişilərdən ibarət Azərbaycan millisi Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığmamız turnirin sonuncu günündə komanda yarışında qüvvəsini sınayıb.

Ən güclü 32 komanda sırasına yüksəlmək üçün keçirilən ilk görüşdə şpaqaçılarımız İsveçə qalib gəlsələr də, 1/16 finalda Rusiya yığmasına uduzublar. Yığma yekun sırlamada 32-ci olub. Şpaqaçılarımız yalnız İsveç, Səudiyyə Ərəbistanı və Lüksemburqu qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!