Azərbaycanlı Dünya Kubokunun mərhələ yarışında gümüş medal qazandı

27 Yanvar 2019 13:48 Qılıncoynatma 645
Azərbaycanlı Dünya Kubokunun mərhələ yarışında gümüş medal qazandı

Şpaqa üzrə Azərbaycan yığma komandası Bəhreynin paytaxtı Manamada gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, turnirə Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyev qatılıb.

Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-offa yüksəlib.

O, ardıcıl olaraq, küveytli Xələf Əlmutairini 15:9, Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkası 15:10, iordaniyalı İyad Odehi 15:13 və qazaxıstanlı Aleksandr Savini 15:7 hesabı ilə yenərək, finala yüksəlib.

Həlledici qarşılaşmada Həsənov çexiyalı Yakub Yurkaya 6:15 hesabı ilə uduzub və gümüş medal qazanıb.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Quliyev isə Səudiyyə Ərəbistanı təmsilçiləri Əbdülkərim Alotaibini 15:7, Hüseyn Altaveli 15:9 hesabı ilə məğlub etsə də, 1/8 finalda estoniyalı Yaron Kiroyaya uduzub - 10:15.

Qrup mərhələsində 4 qələbə qazanan Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə yenilib - 9:15.

Qrupu 2 qələbə ilə başa vuran Məlikzadə isə 1/32 finalda bəhreynli Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleksandr Kamarqoya məğlub olub - 6:15.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!