COP29

Premyer Liqa klubu bütün legionerlərini göndərir - Bir ayın pulunu alın və gedin!

2 May 15:00 Qəbələ 3 977
Premyer Liqa klubu bütün legionerlərini göndərir - Bir ayın pulunu alın və gedin!

Premyer Liqanı son sırada bitirəcəyi dəqiqləşən «Qəbələ» danışıqlara başlayıb.

Klub rəhbərliyi hazırda düşərgədə qalan legionerlərdən canını qurtarmağı qarşısına məqsəd qoyub.

Ötən həftələrdə Gilad Abramov və Abu-Akal Ferasla yolları ayıran «qırmızı-qaralar» indi də digər əcnəbilərlə vidalaşmağa hazırlaşır.

Əlbəttə, bilirlər - bu, heç də asan olmayacaq. Çünki ötən ilin yayında kollektivə cəlb edilən əksər əcnəbilərin müqaviləsi 2 illikdir.

Həmin vaxt baş menecer vəzifəsini tutan Nail Kərimovun təşəbbüsü ilə onlarla imzalanan kontraktlar bu gün klubun işlərinə ciddi əncəllər yaratmaqdadır.

Kərimovun apardığı yanlış transfer siyasəti «Qəbələ» üzərində ciddi maliyyə yükü yaradır.

İş ondadır ki, komanda elitanı tərk eləsə də, onlarla razılaşma qüvvədədir. Gələn mövsümə I Liqada başlasalar, bu oyunçuların müqavilə öhdəliklərinə riayət etməyə məcburdurlar.

O da aydındır ki, «Qəbələ»nin büdcəsi yayda xeyli azalacaq. Əgər Premyer Liqada iştiraka görə dövlətdən illik 3 mlyon manat alırdılarsa, qarşıdakı sezonda bu rəqəm 300 min manata enəcək.

Fəxri prezident Tale Heydərovun ayıracağı da çox olsun 1 milyon manat. Yenə də əldəki vəsaitlə legionerlərin xərcini qarşılamaq qeyri-mümkündür.

Odur ki, «Qəbələ» rəsmiləri müqaviləsi davam edən əcnəbilərlə razılığa gəlməyə çalışır - may ayının pulunu alın, sözləşməyə ikitərəfli xitam verək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti