Federasiyanın ilk zalı təmirdən sonra istifadəyə verildi

3 Fevral 2019 09:13 Qılıncoynatma 618
Federasiyanın ilk zalı təmirdən sonra istifadəyə verildi

Azərbaycan Qılıncoynatma Federasiyasının Bakının Şəfaət Mehdiyev 95A ünvanında yerləşən və 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.

Sportinfo.az xəbər verir ki, zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb.

Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib.

Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də video-müşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər.

Onu da nəzərə çatdıraq ki, Azərbaycan Qılıncoynatma Federasiyasiyasının nəzdində daha iki zal Azərbaycan Texniki Universitetin İdman Sarayında fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti