14 yaşlı Zərifə Almaniyada rəqib tanımadı - FOTO

20 Yanvar 2020 15:57 Qılıncoynatma 1 261
14 yaşlı Zərifə Almaniyada rəqib tanımadı - FOTO

14 yaşlı qılıncoynadanımız Zərifə Hüseynova Almaniyanın Münhen şəhərində keçirilən U-15 və U-17 kateqoriyalı açıq turnirlərin qalibi olub.

Sportinfo.az xəbər verir ki, Zərifə Hüseynova ilk olaraq 15 yaşadək sablyaçıların yarışında 18 iştirakçı arasında keçirdiyi 3 görüşü qələbə ilə başa vuraraq birinci yeri tutub.

Gənc xanım təmsilçimiz eyni uğuru 17 yaşadək sablyaçıların yarışında da təkrarlayıb. Mübarizəyə 1/4 finaldan qoşulan Hüseynova ilk görüşündə Almaniya təmsilçisi Ruz Seyqner, ardından çexiyalı Kristina Bursikovaya aşkar üstünlüklə qalib gələrək finala çıxıb. Zərifə həlledici qarşılaşmada digəri çexiyalı - Kristina Draqoradovadan da üstün olub - 15:9.

Digər Xəbərlər
Xəbər Lenti